Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan ər-arvad dəfn olunub - YENİLƏNİB - VİDEO
Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan ər-arvad dəfn olunub - YENİLƏNİB - VİDEO
09:05 06.04.2024
Hadisə
337
Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan ər-arvad bu gün dəfn olunub.
Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb. Telegram Widget
***
Xocalıda kütləvi məzarlıqdan tapılan daha iki nəfərin qalıqları bu gün dəfn olunacaq.
APA xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, daha əvvəl 10 nəfərin, o cümlədən Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları müəyyən edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm