Zərərsizləşdirilən cinayətkar bu binada gizlənib (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün Bakıda hipermarketlərdən birinə silahlı hücum olub, bir nəfər öldürülüb.

Trend-in əldə etdiyi məlumata görə, Xətai rayonundakı hipermarketə hücum etmiş silahlı şəxslərə qarşı keçirilən əməliyyat Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr Meydanında olub.

Belə ki, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib və məhv edilib.