
Politoloq: Azərbaycanın Əfqanıstanda səfirliyi bərpa etməsi doğru addımdır
09:53 15.02.2024
Siyasət
576
Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.
Bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Qəxar Bəlxi X hesabında yazıb.
Bildirilib ki, səfir Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib.
Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.
Xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.
Mövzu ilə bağlı “sherg.az”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki,Taliban Kabili ələ keçirdikdən sonra bir çox ölkə Əfqanıstan ilə əlaqələrini kəsdi:

“Eyni zamanda səfirliklərin fəaliyyəti də dayandırıldı. Azərbaycan da təhlükəsizlik məsələləri ilə bağlı səfirliyin fəaliyyətinə son qoymuşdu. Amma üstündən illər keçdikdən sonra Talibanın real güc olduğu bəlli oldu. Həmçinin bir sıra ölkələr onunla hesablaşır. Qardaş Türkiyənin də Talibanla əlaqələri var. Çin oraya xeyli yatırımlar qoyur. O cümlədən Talibanın Pakistan ilə də münasibətləri yaxşıdır. Bu baxımdan Azərbaycanın Əfqanıstanda səfirliyi bərpa etməsi doğru addımdır. Biz bəzi reallıqlar ilə hesablaşmalıyıq. Əfqan xalqı bizə dostdur. Burada müəyyən əməkdaşlıq məsələləri də müzakirə oluna bilər. Hətta Əfqanıstandan bəzi nəqliyyat dəhlizləri keçə bilər ki, Azərbaycan da həmin layihələrdə iştirakı mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual