“Brüssel Avropa İttifaqına (Aİ) inteqrasiya prosesində Ermənistana dəstək verməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos deyib.
“Biz hazırıq və əgər onlar öz öhdəliklərini yerinə yetirsələr, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Ermənistan həqiqətən də Avropa İttifaqına doğru irəliləyir. Hazırda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar apardığımız yeganə ölkədir”, - o bildirib.
Marta Kos həmçinin Aİ-nin Ermənistan iqtisadiyyatına verdiyi dəstəyi xatırladıb.
“Rusiya ölkənizdən idxalı qadağan etdiyi üçün bir çox məsələdə sizi dəstəkləyirik”, - o, erməni jurnalistlərə söyləyib.
Aİ rəsmisi əlavə edib ki, Ermənistanın iqtisadi inkişafı üçün xüsusi paket də mövcuddur.