Türkiyə və Pakistan Məkkə Müdafiə Paktı çərçivəsində Səudiyyə Ərəbistanında hərbi qüvvə və vasitələrin operativ yerləşdirilməsini təmin etmək barədə qərar qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə Məkkə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən fövqəladə iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.
Tərəflər Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istənilən hücum və təhdidi pisləyərək kollektiv müdafiəyə sadiq olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Məkkə Birgə Müdafiə Sazişi 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanıb. Sazişə əsasən, ölkələrdən birinə qarşı silahlı hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndirilir.