ANAMA:1039.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.07.2024 - 07.07.2024) açıqlanıb.
ANAMA-dan "Sherg.az"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1039.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.