Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib
17:25 13.09.2024
Siyasət
349
Sentyabrın 13-də Moskva şəhərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sədrliyi ilə Azərbaycan-Rusiya Maliyyə Dialoqunun birinci iclası keçirilib.
“Sherg.az” xəbər verir ki, plenar iclasın açılış nitqlərində Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmləndiyi vurğulanıb.
Qeyd edilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfü deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir. O, bu baxımdan Azərbaycan-Rusiya Maliyyə Dialoqunun ilk iclasının gündəliyinin və burda qəbul ediləcək qərarların əhəmiyyəti vurğulayıb.
S.Şərifov isə bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd ediblər, makroiqtisadi vəziyyətin qiymətləndirilməsi və yeni çağırışlarla bağlı fikir mübadiləsi apararaq, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.
İclas zamanı əməkdaşlığın genişləndirilməsi məqsədilə büdcə gəlirlərinin, o cümlədən neft gəlirlərinin proqnozlaşdırılması və təhlili, vergi siyasəti, eləcə də dövlət borcunun idarə edilməsi perspektivli istiqamətlər kimi müəyyən edilib.
Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Tərəflər həmçinin, Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya