"Qarabağ müharibəsi səbəbindən bizim burada istifadə etdiyimiz sistemlərə embarqo tətbiq olunmuşdu. Hazırda Azərbaycanla birgə istehsalın həyata keçirilməsi istiqamətində iş aparılır".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin "ASELSAN" şirkətinin baş direktoru Ahmet Akyol bildirib.
O vurğulayıb ki, budəfəki "ADEX-2024" sərgisində şirkətin istifadə etdiyi texnologiyaların Azərbaycana ixracını nəzərdə tutan müqavilə imzalanıb:
"Hazırda Azərbaycanla bir sıra mühüm ortaq layihələri həyata keçiririk. Azərbaycanla birgə istehsalın həyata keçirilməsi istiqamətində iş aparılır. Əsas diqqət yetirəcəyimiz məqamlardan biri də məhz budur".