NATO Rusiyanın mümkün dağıdıcı “hibrid hücumlarına” cavab strategiyası hazırlayır.
APA xəbər verir ki, bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay “Sky News“ telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, son illər NATO-ya üzv ölkələr kritik infrastruktura hücumların sayının artması ilə üzləşiblər ki, bu da kəşfiyyat məlumatlarına görə, Rusiya mənşəli ola bilər.
Appaturay vurğulayıb ki, hücumlardan birinin əhəmiyyətli insan tələfatı və ya ciddi iqtisadi ziyana səbəb ola biləcəyinə dair real risk var.
Bu baxımdan o, belə bir vəziyyətdə NATO-nun gələcək fəaliyyətinə düşünülmüş yanaşmanın vacibliyini bəyan edib.