Səudiyyə Ərəbistanı Rusiyadan 2 milyard dollarlıq silah aldı

Səudiyyə Ərəbistanı Rusiyadan 2 milyard dollarlıq silah alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiyanın “Ruselectronics” holdinqi 2021-ci il aprelin 8-də Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə 5 il müddətinə müqavilə bağlayıb: "Müqavilə çərçivəsində Səudiyyə Ərəbistanı heç bir qanunu pozmur, çünki ölkə Rusiya şirkətlərinə sanksiya tətbiq etməyib".

Lakin ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanının fiziki və hüquqi şəxsləri Rusiya müdafiə şirkətləri ilə iş görməyə davam etsələr, ABŞ-nin sanksiyalarına məruz qala bilərlər.