
Təhlükəsizlik və kəşfiyyat şəraiti düzgün qiymətləndirilir -RƏY
08:25 27.05.2025
Siyasət
534
Azərbaycan xüsusi xidmət orqanlarının gələcək əməliyyatlar üçün sensasion eksklüziv imkanlara çıxışı güclənir
Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilib. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub ki, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib. DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Azərbaycan Respublikasına qarşı separatçılıqda və terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən şəxslərin keçirilən əməliyyatlarla həbsi rəsmi Bakının təhdidlərdən müdafiə qabiliyyətindəki performansını ortaya qoyur. Ekspert qeyd edib ki, bu kritik proses kəşfiyyat məlumatları əsasında qərarlar qəbul etməyə, onların təhlilinə əsaslanır:

"Kəşfiyyat əməliyyatları ölkəni daxili və beynəlxalq təhdidlərdən qorumaq üçün lazım olan məlumatları təmin edən strateji müdafiənin mühüm tərkib hissəsidir. Bu, təhlükəsizlik və kəşfiyyat şəraitini düzgün qiymətləndirməyə əsaslanır. Uyğun olaraq tərəfdaş dövlətlərlə informasiya mübadilələrinə, əməkdaşlıq modelinin genişlənməsinə dəlalət edir. Həmçinin, Azərbaycanın xüsusi xidmət orqanlarının düzgün planlaşdırma, strategiya və əməliyyat planlamasının effektiv şəkildə həyata keçirilməsi ilə nəticələnir. Azərbaycan xüsusi xidmət orqanlarının gələcək əməliyyatlar üçün sensasion eksklüziv imkanlara çıxışı güclənir. Qısası, günlərin birində ən toxunulmaz hesab edilən şəxslərin belə mühakiməsi baş tutsa, buna təəccüblənmək lazım olmayacaq. Bunlar, xüsusilə Ermənistan ictimaiyyətində Azərbaycana qarşı revanş götürmək istəyən qüvvələri simalaşdıran siyasətçilər arasında qorxunu, həyəcanı dərinləşdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya