Azərbaycan istehsalı olan 10 ədəd minatəmizləmə maşını əməliyyatlara cəlb edilib
Yusif Nəzərli
07:35 27.05.2024
Hərbi
550
“İmprotex” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 10 ədəd “Revival P” mexaniki minatəmizləmə maşınları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təhvil verilib.
APA xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.
Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir:
"Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir.
“Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Texnikanın toplam çəkisi 6.5 ton, uzaqdan idarəetmə məsafəsi 2000 metrdir. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlarsərt torpaq örtüyü olan ərazilərdə və böyük meyl bucağı altında rahat idarə edilir. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir.
Əldə edilən “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geri dönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya