COP29-la bağlı Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib
10:37 29.10.2024
Hərbi
790
Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirib.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilib.
Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət