Ekspert: 3 hərbi kollecin yaradılması ordumuzun gücünü artıracaq
Ekspert: 3 hərbi kollecin yaradılması ordumuzun gücünü artıracaq
Yusif Nəzərli
16:51 26.05.2024
Hərbi
789
Qərar peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb. Bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib. Kollec hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.
Qeyd edək ki, Müzəffər ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyənin hərbi sisteminin əsas götürüldüyü ordu quruculuğu tədbirlərinin həyata keçirilməsidir. Elə müharibənin ardınca işğaldan azad olunan torpaqlarda ilkin mərhələdə komando birliklərinin yaradılması da bu fikrin təsdiqidir. Ötən il dekabrın 14-də isə Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Həmin fərmanla Nazirlər Kabinetinə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin üç ay müddətində yaradılması tapşırılıb.
Hərbi ekspert Elxan Şıxəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarı ölkə başçısının müvafiq Fərmanına əsasən ölkənin üç şəhərində xüsusi təyinatlı hərbi kollecin yaradılması da ordu quruculuğu, peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir:
“Bu kolleclərə 9,10, və 11-ci sinif şagirdləri daxil ola bilərlər. Hərbi təhsil müddətinin 2 il olması nəzərdə tutulub. Xüsusi təyinatlı hərbi kolleclərə bir növ gizir olmaq üçün peşə məktəbi də deyə bilərik. Amma təhsilini davam etdirmək istəyən şəxslər ali məktəblərə qəbul ola və zabit heyətinə keçə bilərlər. Mülki təyinatlı təhsil müəssisələrinə qəbul olan xüsusi təyinatlı hərbi kolleci bitirən şəxslərin aldıqları təhsil, onların bakalavr səviyyəsindəki ixtisas seçimində üstünlük qazandıracaq. Bu kolleclər hərbi təhsilin bir mərhələsi olub boşluqları aradan qaldırmağa xidmət edəcək, hərbi-vətənpərvərlik ruhunda olan gənclərimizin daha yaxşı hərbi təhsil almasına səbəb olacaq”.
Hərbi ekspert əlavə edib ki, hərbi kollecdə təhsili alacaq şəxslər xidmətə çağırılmır:
“Onların bu iki il ərzində sözügedən kolleci bitirib hərbi peşədə fəaliyyət göstərmələrinə şərait yaradılır. Ona görə də hərbi təhsil almağa dair müraciət 9-cu sinifdən başlayır. Beləliklə də, bu şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istər gizir, istərsə də zabit kateqoriyasında fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə, ordumuzun ehtiyaclarını zabit kateqoriyasında liseylər, gizir kateqoriyasında kolleclər təmin edəcək. Kolleclərdən liseylərə keçid mümkün olacaq. Liseyləri bitirən şəxslərin isə Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək öhdəliyi yaranacaq. Kollecləri bitirən şəxslər də Silahlı Qüvvələrə daxil ola, istəməyənlər isə mülki təhsil müəssisələrində təhsil ala bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol