
Güclü ordu, güclü dövlət: Arsenalımızın gücləndirilməsi prioritet məsələdir
10:35 16.02.2024
Hərbi
827
Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir.
Bu fikirləri Prezident İlham Əliyev and içmə mərasimi zamanı səsləndirib.
“Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”, - Əliyev bildirib.
Prezident eyni zamanda qeyd edib ki, zəfərin çalınmasında texniki vasitələr az rol oynamır:
“Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq”.
Prezidentin fikirlərini “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan müharibənin dayanması və Qarabağ probleminin tamamilə həll edilməsinə baxmayaraq, Silahli Qüvvələrin təminat və təchizatının gücləndirilməsinə xüsusi diqqət ayırır:

“Bu məsələ daim Ali Baş Komandan İlham Əliyevin ilk prioriteti olub. Azərbaycan son 10 gün ərzində Serbiyadan 42 km atəş məsafəsinə sahib özüyeriyən artileriya qurğuları əldə edib. Onların sayı isə 50-yə yaxındır. Digər tərəfdən ilham Əliyev Prezident seçildikdən bir gün sonra Azərbaycan Hava qüvvələrinin tərkibində açılan Pilotsuz Uçuş Aparatı (PUA) Akademiyasının açılışını həyata keçirərək “Akınçı” PUA-larını şəxsən özü idarə etdi. Bunlar onu göstərir ki, Azərbaycan dünyada mövcud olan ən müasir və yeni texnologiyalara əsaslanan silahları ordumuzun arsenalına daxil etməkdə qərarlıdır. Son texnologiyalara əsaslanan hərbi silah sistemlərinin idarə edilməsi üçün zəruri olan infrastruktur ölkəmizdə yaradılır. PUA Akademiyası da məhz bu məqsədlə açılıb. Eyni zamanda Azərbaycan yerli istehsalın inkişafına kifayət qədər vəsait ayırıb. Bu il Müdafiə Sanayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssələr yeni silah sistemlərini yəqin ki, ADEX 2024 sərgisində təqdim edəcəklər. sərgiyə qədər isə qardaş Türkiyənin Aselsan, Roketsan, Havelsan və Baykar Makina kimi şirkətlərinin də Azərbaycanda birgə istehsalat müəssələrinin açılması gözlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi