Oktyabrın 2-də Şuşada Azərbaycan-Türkiyə-Gürcüstan Üçtərəfli Müdafiə Nazirləri Görüşü keçiriləcək.
Sherg.az xəbər verir ki, görüş ərəfəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Şuşada bir sıra yerlərə baxış keçiriblər.
Üçtərəfli görüş çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirə olunacağı gözlənili