İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti ilə görüş keçirilib
Yusif Nəzərli
07:47 17.10.2024
Hərbi
623
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə xidmət edən yüksək intellektə malik istedadlı gənc əsgərlərlə görüş keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Tədbirdən əvvəl Heydər Əliyev Muzeyində Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub, ruhuna dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbər heyəti, İntellektual qabiliyyətli bölmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və onların valideynlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, yeni yaradılan konsepsiyaya əsasən təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə, hərbi xidmətdə olan istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin tərkibində öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaqla hərbi xidmətlərini davam etdirəcəklər.
Milli Müdafiə Universitetinin tərkibində yaradılmış İntellektual qabiliyyətli bölmələrin şəxsi heyəti adından çıxış edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib və bu bölmələrdə xidmət etməklə öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanacaqlarını əminliklə qeyd edib. Ali təhsil müəssisələrində öyrəndikləri bilikləri xidmət müddətində praktiki icra etməklə daha da təkmilləşdirəcəklərinə və Vətənə faydalı olacaqlarına söz verib.
Hərbi qulluqçuların ailə üzvləri çıxışlarında ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində gənclərin fərdi inkişafı naminə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edilib ki, Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət