Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - VİDEO
Yusif Sultanoğlu
08:23 02.12.2023
Hərbi
680
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.
MN-dən APA-ya verilən xəbərə görə, qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib.
Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur.
General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib. Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.
Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə
Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5
02:19 06.07.2026
Futbol
Muzeydən 4 milyonluq zərgərlik məmulatları oğurlandı
01:57 06.07.2026
Hadisə