Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun olaraq davam etdirilir
Yusif Nəzərli
06:00 22.12.2023
Hərbi
723
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun "Gödəkburun" təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm