
Türkiyəli general: Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi isə Bakıdan keçir
13:53 05.03.2025
Hərbi
667
Türkiyə və Azərbaycan arasındakı hərbi və təhlükəsizlik əməkdaşlığı strateji müttəfiqlik səviyyəsindədir və regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və siyasi bağlarla birləşən iki ölkə müdafiə sahəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə keçmiş, qarşılıqlı hərbi yardım və təhlükəsizlik sahəsində birgə fəaliyyət mexanizmləri daha da gücləndirilmişdir. İki ölkənin silahlı qüvvələri mütəmadi olaraq birgə hərbi təlimlər keçirir, bu da döyüş hazırlığını və qarşılıqlı fəaliyyət imkanlarını artırır. Azərbaycan ordusu Türkiyənin hərbi təcrübəsindən, xüsusilə NATO standartlarına uyğun hazırlıq və taktikalardan faydalanır.
Bundan əlavə, Azərbaycan Türkiyədən müasir silah sistemləri, pilotsuz uçuş aparatları (SİHA-lar), zirehli texnika və raket sistemləri alaraq müdafiə qabiliyyətini gücləndirir. Bu əməkdaşlıq təkcə iki ölkənin təhlükəsizliyini deyil, həm də regionda sülh və sabitliyin təmin olunmasını hədəfləyir. Türk dünyasının müdafiə sahəsində inteqrasiyasına töhfə verən bu münasibətlər hər iki ölkənin strateji maraqlarına xidmət edir və gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a bildirib ki, iki ölkənin hərbi əlaqələri Türkiyənin Azərbaycanın müstəqilliyi ilə başlayıb:

“Rəsmi Bakı və Ankara arasında ilk vaxtlar təlimlər və məsləhətləşmələr səviyyəsində hərbi əlaqələr mövcud idi. Daha sonra isə bu əməkdaşlıq hərbi məktəblərin açılması və orada tələbələrin yetişdiriməsi ilə davam etdi. 1992-ci ildən etibarən Türkiyə hərbi məktəblərinə Azərbaycandan kursantların getməsi mütəmadi hal aldı. Həmçinin iki ölkənin hərbi komanda heyəti arasında tez-tez təlimlərin həyata keçirilməsi baş tutdu".
Y.Karauz əlavə edib ki, 2010-ci ildə Türkiyə və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq sazişiylə hərbi təlimlər dönəmi başlayıb:
"Həmin təlimlər fonunda fəaliyyətlər davam etməkdədir. 2010-ci ildə imzalanan razılaşmadan sonra Qarabağ zəfəriylə gələn Şuşa Bəyannaməsi də çox önəmlidir. Bu bəyannamə ilə hər iki ölkə ərazi bütövlüyünə olunan iddiaları öz torpaqlarına edilən kimi görür. Bu isə Türkiyə və Azərbaycanın strateji əlaqələrinin ən yüksək səviyyəyə qalxması deməkdir. Təhlükəsizlik sahəsində milli müdafiə qurumları və kəşfiyyat təşkilatları arasında fəaliyyətlər, həmçinin Türkiyənin Türksat peykindən əldə olunan məlumatların paylaşılması qarşılıqlı həyata keçirilir. Son olaraq HAKİM layihəsi ilə Türkiyə və Azərbaycan hava sahəsi müştərək hala gəlib. Dolayısıyla da Antalya körfəzindən Xəzər sahillərinə qədər ərazilərdə havada meydana gələ biləcək təhlükələr kontrol mərkəzləri sayəsində idarə edilə bilər vəziyyətə gəlib. Bütün bunların fonundacTürkiyə və Azərbaycan hərbi münasibətləri dünyada heç bir iki ölkə arasında olmayan bir səviyyəyə qalxıb. Yəni Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi isə Bakıdan keçir. Türk Dövlətləri Təşkilatın yaranmasının səbəblərindən biri də Azərbaycan-Türkiyə əlaqələridir. Bakı və Ankara münasibətləri TDT-ı üçün əsas modellərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya