Türkiyənin ilk raket layihəsi necə yarımçıq qaldı? - Tarixi detallar

Türkiyənin raket texnologiyasına ilk addımı 1960-cı illərdə atılsa da, bu layihə müəmmalı şəkildə dayandırılıb. Sherg.az xəbər verir ki, Türkiyəli jurnalist Özay Şendirin yazısına görə, ölkənin ilk raketi olan “Marmara-1” 1962-ci ildə İstanbulun Ümraniyə bölgəsində sınaqdan keçirilib və 920 metr yüksəkliyə qalxıb.

Layihənin müəllifi mühəndis olmayan, lakin təşəbbüskar Kirkor Divarcı olub. Daha sonra “Marmara-2”, “Hüriyyət-1” və “Hüriyyət-2” kimi layihələr hazırlanıb, hətta kosmosa siçan göndərilməsi planlaşdırılıb.

Lakin Divarcının evində baş verən yanğın nəticəsində bütün planlar məhv olub və bundan sonra sınaqlar dayandırılıb. Layihəyə dəstəyin kəsilməsi isə bu prosesin arxasında suallar yaradıb.

Məqalədə həmçinin qeyd olunur ki, İsrail-İran qarşıdurması fonunda İsrailin raket ehtiyatlarının azaldığı iddia edilir. Bu vəziyyətin İsrailin hərbi strategiyasına təsir edə biləcəyi və gərginliyin azalmasına səbəb ola biləcəyi vurğulanır.