Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ilə münaqişə zonasında təxminən 1 195 hərbçi itirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Ukrayna “Şimal” qoşun qruplaşmasının məsuliyyət zonasında 250-yə qədər, “Qərb” istiqamətində 200-ə qədər, “Cənub” istiqamətində 120-yə qədər, “Mərkəz” istiqamətində 275-ə qədər, “Şərq” istiqamətində 310-dan çox, “Dnepr” istiqamətində isə 40-dan artıq hərbçi itirib.