Zakir Həsənov Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin açılışında iştirak edib
12:51 04.12.2023
Hərbi
520
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.
Müdafiə naziri "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov şirkət rəhbərləri ilə görüşüb.
Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi
18:30 19.12.2025
Rəsmi
Kürdəmirdə 9-cu sinif şagirdini "tok" vurub
18:20 19.12.2025
Hadisə
İlqar Hacıyevin məhkəməsi başlayır
18:12 19.12.2025
Hadisə
Putin Kadırovu nümunə göstərdi
18:03 19.12.2025
Region
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə