"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşı Lionel Messi haqda danışıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı oyunçu argentinalı hücumçunun onu Kataloniya klubuna keçməsi münasibəti ilə hələ də təbrik etmədiyini deyib:
"Messi mənə hələ zəng etməyib, amma Luis Suares məni təbrik etdi və "xoş gəldin" dedi. Oyunçulardan isti münasibət görmüşəm. Onlarla eyni paltardəyişmə otağında olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, hamısına ən yaxşı şəkildə kömək edəcəm".
Qeyd edək ki, "Barselona" bu ay Qrizmannla 5 illik müqavilə imzalayıb.