“AZE Nakhchivan-Köln SK”nın təqdimat mərasimi...

2020-ci il fevralın 15-də “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun təqdimat mərasimi keçiriləcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimi klubun bazasında baş tutacaq.
Almaniyanın Köln şəhərində reallaşacaq təqdimat mərasiminə Almaniya, Türkiyə və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda alman mediası dəvət olunacaq.

Bundan başqa, Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət adamları və media nümayəndələri dəvətlilər sırasında olacaq.

Tədbirdə eyni zamanda klubun planları haqqında məlumat veriləcək. Həmçinin klubun forması və saytı təqdim olunacaq.