"Trabzonspor" axtardığı 8 nömrəni tapıb: Badou Ndiaye...
Sherg.az xəbər verir ki, İngiltərənin "Stok-Siti" klubu oyunçunun da getməkdə israrlı olduğunu öyrənərək kirayə haqqından da imtina etdi və "Trabzonspor"un qarşısında maneə qalmadı. Ancaq ingilis klubu 2 şərt irəli sürüb: "Oynatma zəmanəti və həftəlik 35 min sterlinqlik (270 min TL) ödəniş olmalıdır".
Oynatma zəmanəti verməyən "Trabzonspor" illik ödənişinin geri qalan hissəsini dəməyi qəbul edib. Ndiayenin illik ödənişi təxminən 13 milyon TL edir.
İstanbula gələn Ndiaye isə, "Yeni bir savaş istəyirəm və bunu tanıdığım bir yerdə, tanıdığım insanların olduğu mühitdə etmək istəyirəm" deyib. "Trabzon" Ndiaye ilə 1.5 illik müqavilə imzalamaq istəyir.