Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə yığma karyerasını bitirib.
Bu barədə Oxu.Az-a 28 yaşlı idmançının özü məlumat verib.
O, qadınlardan ibarət boks millisində böyük məşqçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ən yaxşı dövrünü 2015-ci ildə keçirib.
O, həmin il həm dünya çempionu olub, həm də I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bundan başqa, o, iki dəfə Avropa çempionatının mükafatçısı olub.