İspaniya La Liqasının XXVI turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" oyunu təxirə salına bilər.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas deyib.
O bildirib ki, koronavirusla bağlı problem böyüyərsə, sabahkı oyun baş tutmaya bilər. Həmçinin qarşılaşmanın boş tribunalar önündə keçirilməsi də istisna edilmir: "Madriddə koronavirus halı aşkarlanmayıb. Bu baş verərsə, "El Klasiko"nu azarkeşsiz keçirmək və ya təxirə salmaq kimi variantlara əl ata bilərik".
Qeyd edək ki, "Santyaqo Bernabeu"da keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək.