"Çelsi" "Lion"dan oyunçu alır

"Çelsi" "Lion"dan Ussem Auarı transfer etmək niyyətindədir.

"Sherg.az" goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" mövsümün sonunda 21 yaşlı fransız yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Bu barədə goal.com saytı məlumat yayıb. Xəbərdə "Çelsi"nin Auar üçün "Lion"a 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Auar bu mövsüm "Lion" formasıyla 34 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə edib.