Ronaldonun anası ifliç oldu

“Yuventus”un portuqaliyalı ulduzu Kristiano Ronaldonun anası Dolores Aveiro ifliç olub.

Axar.az xəbər verir ki, xəstəxanaya çatdırılan D. Aveironun beyninə gedən damarlardan birinin tutulduğu müəyyənləşib.

Bildirilir ki, hazırda xəstənin şüuru açıqdı və vəziyyəti də stabil olaraq qalır.

Qeyd edək ki, D. Aveiro 2007-ci ildə sinə xərçəngi xəstəliyinə qalib gəlib.