İtaliyada idman tədbirləri tamaşaçısız keçiriləcək

İtaliyada bütün idman tədbirləri tamaşaçısız keçiriləcək.
"Sherg.az" apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı İtaliya hökuməti qəbul edib.
Aprelin 3-dək ölkə ərazisində baş tutacaq bütün idman yarışları və tədbirləri tamaşaçılara qapalı olacaq. Bu addım koronavirus infeksiyası ilə bağlı atılıb.