"Beşiktaş" sevindi - 2:1


Türkiyə Super Liqasında XXV tura start verilib.

Apasport.az saytının məlumatına görə, açılış oyununda "Beşiktaş" meydana çıxıb.

Uğursuz mövsüm keçirən İstanbul təmsilçisi "Vodafone Park"da autsayder "Ankaragücü"nü qəbul edib. Erkən qolla hesabı açan "ağ-qaralar" son dəqiqələrdə daha bir dəfə fərqlənərək, paytaxt təmsilçisi üzərində qələbə qazanıb. "Ankaragücü"nün yalnız son saniyələrdə təsəlli qoluna gücü çatıb.

Turun digər oyunları martın 7-9-da keçiriləcək.

Türkiyə Super Liqası
XXV tur
6 mart
"Beşiktaş" - "Ankaragücü" - 2:1
Burak Yılmaz, 6 (pen.); Lyayiç, 88 - İlhan Parlak, 90+3 (pen.)