Azərbaycan idmançılarının iştirak edəcəyi daha bir yarış ləğv olundu


13-15 martda Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılan Karate 1-Premyer Liqa yarışı ləğv olunub.

Oxu.Az xəbər verir ki, buna səbəb Mərakeşdə yayılmış koronavirus epidemiyasıdır.

Mərakeş hökuməti bu yarışı keçirməmək üçün Ümumdünya Karate Federasiyasına (WKF) məlumat verib. Olimpiadaya lisenziya xalları verən bu yarışın qəflətən ləğv olunması WKF-i Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqəli şəkildə işləməyə vadar edib.

Xatırladaq ki, daha əvvəl Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılmış cüdo üzrə Qran-Pri ləğv olunmuşdu. Hər iki yarışda Azərbaycan idmançıları Olimpiadaya lisenziya xalları qazanmaq üçün mübarizə aparmalı idi.