Ferqyuson Həbibi təhqir etdi: “Sən qutab kimi yağlısan”


Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla rəqibi Toni Ferqyusonun mətbuat qarşısında üzləşmələri maraqlı atmacalarla yadda qalıb.

Sports.ru xəbər verir ki, Ferqyuson Həbibi artıq çəkidə ittiham edərək onu Azərbaycan milli mətbəxinin xəmir yeməklərindən olan qutabla müqayisə edib. O, Həbibi bu sözlərlə təhqir edib:

“Sən Floydla dalaşmaq istəyirsən? Sənin dözümün çatmaz! Yağlı qutab!”

Bu atmacadan sonra dünya mətbuatında qutabın Azərbaycan mətbəxinə aidliyi ilə bağlı açıqlamalara rast gəlinir.