İspaniya La Liqasında XXVII tur davam edir.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 matç baş tutub.
“Barselona” öz meydanında “Real-Sosyedad”ı qəbul edib. Lionel Messinin penaltidən vurduğu qol Kataloniya təmsilçisinə 3 xal qazandırıb.
Mükafatlar uğrunda mübarizə aparan “Atletiko” və “Sevilya”nın dueli məhsuldar alınıb. 4 qolun vurulduğu görüşdə heç-heçə qeydə alınıb.
“Eybar” evdə “Malyorka”ya uduzub. Tura “Xetafe” – “Selta” görüşü ilə yekun vurulub. Çempionlar Liqasına vəsiqəyə iddialı meydan sahibləri xal itkisi ilə üzləşib – 0:0.
Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq.
İspaniya La Liqası
XXVII tur
7 mart
“Barselona” – “Real-Sosyedad” – 1:0
Messi, 81 (pen.)
“Atletiko” – “Sevilya” – 2:2
Morata, 32 (pen.), Felis, 36 – De Yonq, 19, Okampos, 43 (pen.)
“Eybar” – “Malyorka” – 1:2
Biqas, 90 – Rodriges, 42, Kubo, 78
“Xetafe” – “Selta” – 0:0