Martın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi “Çelsi” öz meydanında “Everton” komandasını qəbul edib.
Görüş londonluların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Çelsi”nin heyətində Mason Mount, Pedro, Vilyam və Olivye Giru fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 48-ə çatdıran “Çelsi” dördüncü yerdəki mövqeyini qoruyub saxlayıb. “Everton” isə 37 xalla 12-ci yerdə qərarlaşıb.