İngiltərə Premyer Liqasında XXIX tur davam edir.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 matç baş tutub.
“Çelsi” “Everton”u qəbul edib. Hər hissədə iki qol vuran London təmsilçisi rəqibini darmadağın edib.
Günə Mançester derbisi ilə yekun vurulub. “Mançester Yunayted” evdə “Mançester Siti” ilə qarşılaşıb. Hər hissədə bir dəfə rəqib qapısına qol tapan meydan sahibləri üstünlüyünü sonadək qoruyub. Pep Qvardiolanın yetirmələrinin bu məğlubiyyəti “Liverpul”u çempionluğa daha da yaxınlaşdırıb. Artıq mersisaydlılara qızıl medalları təmin etmək üçün cəmi 2 qələbə kifayətdir.
“Liverpul” hətta növbəti turda çempion ola bilər. Əgər qarşıdakı həftə “Mançester Siti” “Arsenal”la təxirə salınan oyun və ya “Bernli” ilə görüşdən birində uduzsa, və ya iki heç-heçə etsə, Yurgen Kloppun yetirmələri qələbə ilə istəyinə çatacaq. Mançesterlilər hər iki qarşılaşmada məğlub olsa, “Liverpul” “Everton”la qarşılaşmaya çempion kimi çıxacaq.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
İngiltərə Premyer Liqası
XXIX tur
8 mart
“Çelsi” – “Everton” – 4:0
Maunt, 14, Pedro, 21, Villian, 51, Jiru, 54
“Mançester Yunayted” – “Mançester Siti” – 2:0
Marsial, 30, Maktominay, 90