Almaniya Bundesliqasında XXV tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, turun son günündə 2 matç keçirilib.
Son çempion “Bavariya” evdə “Auqsburq”u qəbul edib. Fasilədən sonra vurulan iki cavabsız qolla qalib gələn Münhen təmsilçisi liderliyini möhkəmlədib.
Turnir cədvəlinin aşağı hissəsində qonşu olan “Mayns”la “Fortuna”nın duelində də iki qol vurulub – 1:1. Qonaqlar yalnız matçın sonlarında məğlubiyyətdən qaçıb.
Qeyd edək ki, növbəti turun oyunları martın 13-16-da keçiriləcək, ayın 11-də isə təxirə salınmış matç baş tutacaq.
Almaniya Bundesliqası
XXV tur
8 mart
“Bavariya” – “Auqsburq” – 2:0
Müller, 53, Qoretska, 90
“Mayns” – “Fortuna” – 1:1
Öztunalı, 61 – Karaman, 85