Mariya Şarapova istirahətinin dadını çıxarır


Dünyanın ən uğurlu tennisçiləri arasında yer alan və keçən həftə "Tennis, sənə əlvida deyirəm" sözləriylə karyerasını bitirdiyini açıqlayan rus raket ustası Mariya Şarapova, istirahətini göstərdi.

Sherg.az xəbər verir ki, 5 dəfə Grand Slam çempionu olan rus tennisçi Mariya Şarapova, keçən həftə, hələ 32 yaşında tennis karyerasına nöqtə qoyduğunu açıqlamışdı.

Təqaüdçü olmağın dadını çıxaran  Şarapova, ötən gün rəfiqələri ilə birlikdə təbiət  qoynuna çıxıb.

ABŞ-da Palos Verdesdə çəkilən şəkillərdə itini gəzdirərkən görünən Mariya, kefli halı və yoldaşlarıyla qəhqəhə çəkməsi diqqət çəkib.
Uşaqlığından bu yana həyatını həsr etdiyi tennis sayəsində həm şöhrət, həm də sərvət qazanan Şarapova, bir çox məşhur geyim və ləl-cəvahirat firmasının təqdimat üzü olub, jurnallara poza verib, modellik edib. 
Dünyanın ən zəngin qadın idmançılarından biri olan Şarapova, tam 11 dəfə ən çox qazanan qadın idmançı olaraq Forbes jurnalının siyahısına düşüb.

Turan