2020-ci ildə keçirilməsinin ləğvi barədə qərar qəbul edilsə, Tokiyo Olimpiyadası bir neçə il müddətinə ertələnə bilər.
“Wall Street Journal” xəbər verir ki, bunu Yaponiyanın Olimpiyada üzrə Təşkilat komitəsinin üzvü Xaruyuki Takahaşi qeyd edib.
“Düşünmürəm ki oyunlar ləğv ediləcək, sadəcə təxirə salına bilər”, - deyə Takahaşi qeyd edib.
Onun sözlərinə görə, oyunların bir il müddətinə təxirə salınması çətin olacaq, çünki digər mühüm yarışmalarla üst-üstə düşəcək.
“Ona görə də, iki ildən sonra keçirilməsi daha məqsədəuyğundur”, - deyə Yaponiyanın Olimpiyada üzrə Təşkilat komitəsinin üzvü bildirib.