Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la “Atletiko” arasında hazırda keçirilən cavab matçının startında maraqlı hadisə yaşanıb.
Qol.az xəbər verir ki, komandaların baş məşqçiləri Yurgen Klopp və Dieqo Simeone görüşmək üçün bir-birinə yaxınlaşıb. Lakin onlar son anda koronavirus epidemiyasına görə əllə görüşməməli olduqlarını anlayıblar və bu an maraqlı mənzərə yaranıb. Onlar dirsək-dirsəyə salamlaşıblar.
Xatırladaq ki, UEFA koronavirusa görə avrokuboklarda əllə görüşməyi qadağan edib.