“Liverpul”un ev oyunlarındakı məğlubiyyətsizlik seriyası başa çatıb.
Qol.az xəbər verir ki, uzun seriya mersisaydlıların Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya 2:3 hesabı ilə uduzmağı ilə qırılıb.
Komanda bütün turnirlər nəzərə alınmaqla öz meydanında 42 oyun uduzmamışdı. “Liverpul” bu oyunlarda 37 qələbə, 5 bərabərlik əldə edib.
Bundan başqa, “Liverpul” son 6 ildə ilk dəfə avrokuboklarda öz meydanında məğlub olub. İngilislər “Enfild Roud”da sonuncu məğlubiyyəti 2014-cü ilin oktyabrında, “Real”dan almışdı – 0:3.