Futbol üzrə İngiltərə Premyer Liqasında VII turun mərkəzi görüşü "Mançester Yunayted" və "Arsenal" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Mançesterdəki "Old Trafford" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 69-cu dəqiqədə penaltidən Pyer-Emerik Obameyanq vurub. Bu, "Arsenal"ın son 14 ildə "Mançester Yunayted" üzərində ilk qələbəsi olub.
Qeyd edək ki, 7 turdan sonra ehtiyatda bir oyunu olan "qırmızı şeytanlar" 15-ci yerdə qərarlaşıb. "Kanonirlər" isə 12 xalla 8-ci pillədədir.