“Real Madrid”in hücumçusu koronavirusa yoluxub


İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Luka Yoviç koronavirusa yoluxub.

Klubun saytı xəbər verir ki, Serbiya millisinin düşərgəsindən qayıtdıqdan sonra onun koronavirus testi müsbət çıxıb. L.Yoviç UEFA Millətlər Liqasında Rusiyaya qarşı matçda (5:0) dubl edib.

Xatırladaq ki, 22 yaşlı hücumçu 2019-cu ilin iyulundan Madrid klubunda oynayır.