"Barselona"nın kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Qol.az "Gracenote Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 24-cü turunda hazırda davam edən "Kadis"lə matçda iştirak etməklə nail olub. O, Kataloniya klubunun heyətində yerli çempionatda 506-cı oyununa çıxıb. Bu isə klub üçün ən yaxşı göstərici hesab edilir. Beləliklə, argentinalı oyunçu komandanın sabiq futbolçusu Xavinin rekordunu qırıb.
Qeyd edək ki, Messi bu mövsüm La Liqada 20 matça çıxaraq, 15 qol vurub və 5 qolun ötürməsini verib.