Boatenq zədələndi


"Bavariya"nın futbolçusu Jeremi Boatenq zədələnib.

Qol.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Bundesliqanın 24-cü turunda "Borussiya" (Dortmund) ilə matçda sıradan çıxıb. O, görüşün 69-cü dəqiqəsində xəsarət alıb. Futbolçu oyuna davam edə bilməyib.  

Qeyd edək ki, Boatenq bu mövsüm "Bavariya"da 20 matç keçirib.