İspaniya La Liqasının 26-cı turunda "Atletiko" (Madrid) və "Real Madrid" komandaları qarşılaşıb.
“Report” xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Luis Suares fərqlənib. Qonaqlar bu qola 88-ci dəqiqədə Kerim Benzemanın dəqiq zərbəsi ilə cavab veriblər.
"Atletiko" 25 matçda 59 xal yığaraq İspaniya çempionatının yarış cədvəlində liderliyini davam etdirir. Onu 56 xalla "Barselona" və 54 xalla "Real Madrid" təqib edir.
"Atletiko" növbəti turda martın 10-da “Atletik”i (Bilbao) qəbul edəcək. "Real Madrid" isə bundan 3 gün sonra ev oyununda "Elçe" ilə qarşılaşacaq.