Qətər – Azərbaycan matçının ünvanı dəyişdi


DÇ-2022-nin seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının yığmamızla oyununun yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, martın 27-də Avstriyanın paytaxtı Vyanada baş tutmalı olan görüş Macarıstanın Debretsen şəhərinə keçirilib.

UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Debretsendəki “Nadyerdei” stadionunda keçiriləcəyi qeyd olunub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Məkanın dəyişdirilmə səbəbi pandemiya ilə əlaqədar Avstriyada səfər məhudiyyətlərinin tətbiq olunmasıdır.

Qeyd edək ki, komandamız bu matçdan üç gün əvvəl İtaliyanın Turin şəhərində Portuqaliya millisi ilə seçmə mərhələyə start verəcək.