PSJ klubu hələ də “Barselona”nın ulduzu Lionel Messini yay transfer pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır.
Bu barədə AS nəşri məlumat yayıb.
Nəşrə danışan mənbənin sözlərinə görə, “Barselona”nın yeni prezidenti Xuan Laportanın Messi ilə çox yaxşı münasibətləri olmasına baxmayaraq, Paris təmsilçisi Messi ilə maraqlanmağa davam edir və transferi yay aylarında reallaşdırmağı düşünür.