Cari futbol mövsümünün sonunda “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu İtaliya klubunu tərk edə bilər.
Bu barədə “La Gazzetta dello Sport” nəşrinin jurnalisti Nikolo Skira sosial şəbəkə hesabında yazıb.
Portuqaliyalının Turin klubu ilə müqaviləsi 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləyə əsasən, hücumçu 31 milyon avro maaş alır.
“Maaşı çox yüksəkdir, buna görə də klub Ronaldunun yayda satılması ehtimalını nəzərdən keçirir”, - deyə jurnalist yazıb.
Qeyd edək ki, Ronaldunu transfer etmək üçün “İnter Mayami”, “Mançester Siti” və PSJ klublarının mübarizə apardığı bildirilir.